Arakəsmələr üçün stellajlar müasir interyerdə xoş görüntü yaradır. Müxtəlif suvenirlər və lazımi əşyaları yerləşdirə biləcəyiniz açıq rəflər, asanlıq yaradacaq, məkanı dar göstərməyəcək. Kiçik məkanlar üçün bu, əsl tapıntıdır. Stellajın aşağı hissəsini bağlayaraq orada müəyyən əşyaları yerləşdirmək və yerə qənaət etmək olar.
Stellaj arakəsmənin tavana qədər hündür olması vacib deyil. Daha alçaq stelajlar otağı bölməklə yanaşı həm də onu vizual olaraq genişləndirir. Onların qiyməti münasib, saxlanması və yığılması isə asandır.
0 Comments for “Arakəsmələr və dolablar”