Geyinmə otağı artıq dəbdəbə yaxud israfçılıq kimi düşünülmür o əsas zərurət otağına çevrilib. İstifadədən zövq almaq üçün hər şeyi ən kiçik detalına kimi düşünmək lazımdır. Və daha yaxşı olandan başlayacağıq: asmaq yaxud qatlamaq?
Sözsüz ki, asılqanlardan istifadə etdikdə əşyalar daha az yer tutur, qırışmır və tamamilə göz önündə olur, lakin rəflərə də ehtiyac var. Ayaqqabıları, zərif tüklü toxunma sviterləri və trikotajları saxlamaq üçün.
Həmçinin hava keçirən materiallardan (karton, kətan) hazırlanmış qapalı qutulardan da istifadə edə bilərsiniz. Qutular əşyalarınızı tozdan, qoxudan və güvədən qoruyacaq.
Ayaqqabıların açıq yerdə saxlanması üçün maili rəflərdən istifadə edin, bu rəflər xüsusən də düz altlıqlı ayaqqabılar üçün mükəmməldir. Dabanlı ayaqqabıları adi düz rəflərdə saxlamaq daha rahatdır. Bu rəflər çantalarınızı saxlamaq üçün də uyğundur.
Qapalı siyirmələr əlavə etməyi unutmayın. Onlar alt paltarları və idman geyimlərini saxlamaq üçün mükəmməldir. Bu siyirmələrin içərisində paltarlar üçün xüsusi orqanayzerlər istifadə edə bilərsiniz.
0 Comments for “Asılqan yoxsa rəf? Dolab necə seçilməlidir?”