Hansı daha yaxşıdır: ənənəvi dolab qapıları yaxud bu gün aktual olan sürgülü qapılar? Cavablandırmağa çalışacağıq?
Standart dolab qapılarını açmaq üçün otaqda kifayət qədər yer yoxdursa, qapısı yana sürüşən kupe-dolab bunun üçün əla həlldir. Ensiz kandar, dəhliz, eyvan yaxud lociya – bu cür dolablar burada yeganə düzgün seçim olacaqdır.Sürgülü qapıların bir-birinə “keçməsi” dolabın bütün bölmələrindən eyni vaxtda istifadəyə imkan vermir. Ənənəvi dolabaların belə bir çatışmazlığı yoxdur – bütün qapıları açaraq, eyni zamanda bütün rəflərdən asılqandan və istifadə imkanı əldə edirsiniz.
Dəstək ray sistemi ilə kupe dolab vaxtaşırı diqqət tələb edir. Çirk və toz dolab qapılarının rəvan işləməsinə mane olur. Bunun qarşısını almaq üçün oyuqları tozsoranla təmizləmək tövsiyə olunur. Qapaq dolablar xüsusi qulluq tələb etmir.
P.S. Bəs siz hansı dolablara üstünlük verirsiniz?
0 Comments for “Kupe yoxsa qapaqlar – hansı dolab daha rahatdır?”