Çoxları mətbəx mebelinin hazırlanmasında bir neçə növ materialdan istifadə edildiyini bilir. Mətbəx dolablarının əksəriyyəti DSP materialdan yaxud ağacdan hazırlanır.DSP taxtadan daha ucuz və nəmə qarşı daha davamlıdır, buna görə də bu materiala daha çox üstünlük verilir. Fasadların hazırlanmasında MDF daha çox istifadə olunur. Belə material davamlılıq baxımından DSP-dən daha üstündür.Böyük məbləğdə büdcəniz yoxdursa və çoxda baha olmayan mətbəx mebeli almağı planlaşdırırsınızsa, bu materialdan istifadə sizin üçün uyğun seçim olacaq. Əgər təmirə daha çox məbləğ ayırmağı düşünürsünüzsə, o zaman taxta yaxud plastik fasadlı dolabları seçmək məsləhətdir.
Xüsusilə də mətbəx dəzgahlarının hazırlanmasında keyfiyyətli materialların seçilməsinə diqqət yetirmək lazımdır, çünki bu element mebelin ən işlək hissəsidir. Mətbəx dəzgahları DSP, şüşə, plastik, süni yaxud təbii daşdan hazırlana bilər.
0 Comments for “MDF və Laminat fərq nədədir?”