Getdikcə müasir interyer dizaynerlər otaqda işıqlı, havadar, geniş görüntü yaratmaq üçün dolab və rəflərlərdən imtina edirlər. Ənənəvi stellaja yaxşı alternativ çox yer tutmayan, lakin kifayət qədər funksional və praktik olan səliqəli bir divar rəfi ola bilər.
- Kiçik ölçülü dekorativ rəf
Hazırda qeyri-adi formalı divar rəfləri populyarlıq qazanır, bu cür modelləri bir çox istehsalçıdan əldə edə bilərsiniz, buna görə də sizə uyğun seçimi etmək çətin olmayacaq.
- Künc rəfləri
Küncləri boş saxlasanız, otaq daha geniş görünəcək. Ancaq bəzən, əksinə, otaqda daha xoş və rahat bir atmosfer yaratmaq istəyirsiniz. Və bu zaman təbii ki, künc rəfləri uyğun seçim olacaq.
- Divar boyu ensiz, uzun rəf
Məkanı darlaşdırmadan əşyaları yerləşdirmək üçün kifayət qədər yer əldə etməyin effektiv yolu.
0 Comments for “TOP 3 maraqlı dizayn hiylələri!”